Elanlar
Ünvanımız
Bakı-Sumqayıt maqistral yolu-17 km. Tel : (+994 50) 669 60 06
Tel: (+994 12) 447 47 43
Fax: (+994 12) 447 47 93
Palitro Saten (Üzlük) Təbii gips əsaslı üzlük
Ekoloji cəhətdən təmiz, parlaq, qüsursuz səth yaradan gips əsaslı üzlük qarışığı
Məhsul haqqında
Kimyəvi qatqılarla zəngin, təbii gips əsaslı, ağ rəngli, yüksək yapışma xüsusiyyətinə malik, incə son qat üzlük suvaq qarışığıdır.
AZS 046 (TS 370) keyfiyyət standartına uyğundur.İstifadə sahələri
Binaların daxilində tavan və divarların suvanmasında son qat üzlük suvağı kimi istifadə olunur. O cümlədən, beton, qaz-beton, kərpic, briket (kərpic şəkildə preslənmiş kömür, torf, filiz), mişar daşı, arakəsmə gips tavaları və digər hörgü materiallarından tikilmiş, Palitro Astar suvağı ilə suvanmış yaxud alçıpan çəkilmiş səthlərin (tavan və divar) üzərinə incə qatla çəkilir.
Texniki xüsusiyyətləri
Rəngi: Ağ İstifadə temperaturu: +5°C ÷ +37°C Minimum tətbiq qalınlığı: 1 mm İstifadə müddəti: 130-150 dəq Donma müddəti: 300-320 dəq Su/gips nisbəti: 65-70 % (10 kq-a 6.5-7 litr su) Quruma müddəti: Təqribən 2 gün Müqaviməti (möhkəmlik həddi): Əyilmədə: 2,4 N/mm² Sıxılmada: 4,7 N/mm² Yaş litrə ağırlığı (YLA): 1,5 kq/litr Quru litrə ağırlığı (QLA): 0,72 kq/litr Səthin möhkəmliyi: 57 Shore D Qablaşdırma: 30 kq-lıq laminasiyalı polipropilen kisə Saxlama müddəti: 6 ay
Saytdakı bütün məlumatlar və şəkillər Evro İnşaat şirkətinə məxsusdur.
© 2026 - Evro-inshaat.com