Elanlar
Ünvanımız
Bakı-Sumqayıt maqistral yolu-17 km. Tel : (+994 50) 669 60 06
Tel: (+994 12) 447 47 43
Fax: (+994 12) 447 47 93
«Plazma» Keramika yapışdırıcısı (boz)
Şaquli və üfüqi səthlərdə keramika və digər üzlük plitələr yapışdırıcısı
Məhsul haqqında
Sement əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, Nano texnologiyalı, kombinasiyalı polimerləşdirilmiş, birkomponentli, boz rəngli keramika yapışdırıcısıdır.
AZS 039 -2000 (TS 11140 -1993) “Yapışdırıcılar- sement əsaslı (hidravlik bağlayıcılı) kafel, keramika və döşəmə plitələri üçün” standartın tələblərinə uyğundur.
İstifadə sahələri
Bu keramika yapışdırıcısı:
- daxili və xarici məkanlarda;
- üzlük materialların beton, suvaq, döşəmə suvağı kimi səthlərin üzərinə yapışdırılmasında;
- köhnə kafelləri qopartmadan kafelin üstündən kafel yapışdırılmasında istifadə olunur.
Üstünlükləri
- rahat hazırlanır və tətbiq olunur;
- şaquli səthlərdə sürüşmə ehtimalı yoxdur;
- yuxarıdan aşağıya doğru keramika və digər üzlük plitələri yapışdırmaq mümkündür;
- şaxtaya və istiliyə davamlıdır.
İstifadə qaydaları
Səthin hazırlanması. İstifadə olunacaq səthlərin sağlam, quru, təmiz və ölçülərin düzgün olmasına diqqət etməli, səth yapışma müqavimətini zəiflədən hər növ yağ və parafin qalıqlarından tamamilə təmizlənməlidir. Səthdə 5-6 mm dərinliyində çatlar və ya boşluqlar olarsa, onlar bir gün əvvəl Plazma təmir qarışığı təmir qarışığı ilə doldurulmalıdır. Tətbiq olunacaq səth eyni zamanda əvvəlcədən nəmləndirilməli və ya Plazma binder astarla astarlanmalıdır.
Qarışığın hazırlanması. 25 kq-lıq tozşəkilli qarışığı 6,0 – 6,5 litr suyun üzərinə ehmalca boşaldıb kürəciklər yox olana qədər qarışdırın. Qarışığın özünü tutması üçün 3-5 dəqiqə gözləyin, istifadəyə başlamazdan əvvəl yenidən qarışdırın.
Tətbiqi. Malanın düz tərəfi ilə qarışığı nazik qatla səthə yayın. Sonra plitələrin ölçüsünə uyğun olaraq səthə vurulmuş qarışığı malanın dişli-daraqlı tərəfi ilə daraqlayın. İri ölçülü plitələrin yapışdırılmasında kombinələşdirilmiş yapışdırma üsulundan (bu üsulla yapışdırıcı həm səthə çəkilir və daraqlanır, həm də üzlük plitənin arxasına yaxılaraq daraqlanmış səthə yapışdırılır) istifadə olunması tövsiyə olunur.
Səthin üzərinə çəkilmiş qarışığa plitəni yapışdırma müddətini həmin qarışığın üzərinə barmaqla azacıq toxunmaqla (basmaqla) müəyyən edin. Qarışıq barmağa yapışarsa, onda plitələri səthə yapışdırmaq olar. Bu müddət 30 dəqiqədən çox olmamalıdır. Əgər səthin üzərinə çəkilmiş qarışıq üz bağlayarsa, onda onu sıyırıb atmalı və həmin səthin üzərinə yenidən qarışıq vuraraq onu daraqlı mala ilə daraqladıqdan sonra plitələr yapışdırılmalıdır.
Hazırlanan qarışıq 3 saat ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışığı istifadə etmək məsləhət görülmür.
Aralıq doldurma işi divarda 24 saat, döşəmədə isə 48 saatdan sonra icra edilməlidir.
Tövsiyələr. “Plazma” keramika yapışdırıcısı istifadə olunarkən mühitin temperaturu +50C-dən aşağı və +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. İsti (+300C-dən yuxarı), yağışlı və küləkli havalarda istifadə olunmamalıdır. Suhopması yüksək olan keramikalar istifadədən öncə su ilə doydurulmalıdır. İstifadə müddəti keçmiş qarışığa qətiyyən su və ya yapışdırıcı əlavə edilməməlidir. İstifadədən sonra bütün alət və ləvazimatlar su ilə təmizlənməlidir.
Texniki göstəricilər
Rəngi
boz
İstifadə temperaturu
+50 C - +300 C
Su/quru qarışıq
6,0-6,5 litr su / 25 kq quru qarışıq
Qarışdırıldıqdan sonra gözləmə müddəti
3-5 dəqiqə
İstifadə müddəti
3 saat
Aralıq doldurma işinə başlama vaxtı:
- divarda
- döşəmədə
24 saatdan sonra
48 saatdan sonra
Qablaşdırma
2 və ya 3 qatı kraft kağızı və 1 qatı polietilendən ibarət 25 kq-lıq kisədə
AZS 039-2000 (TS 11140-1993) saylı standartın tələblərinə uyğun olaraq
Test nəticələri
Qabıq bağlama müddəti
≥10 dəqiqə
20-30 dəqiqə
Sürüşmə
<0,5 mm
0
Yapışma müqaviməti
>0,5 N/mm2
>2,5 N/mm2
Tövsiyə olunan daraqlı malanın dişlərinin ölçüləri və ölçülərə uyğun yapışdırıcının yayılma qalınlığı
Üzlük plıtələrin ölçüləri
Daraqlı malanın dişlərinin ölçüləri, mm
Yapışdırıcının yayılma qalınlığı, mm
15 sm×15 sm-ə qədər
6,0
2,0-3,0
30 sm × 30 sm-ə qədər
8,0
3,0-4,0
30 sm× 30 sm-dən yuxarı
10,0
4,0-5,0
Üzlük plitələrin ölçülərindən asılı olaraq tövsiyə olunan aralıqların eni
Üzlük plitələrin ölçüləri
Aralıqların eni, mm
15 sm×15 sm-ə qədər
3,0-4,0
30 sm×30 sm-ə qədər
4,0-5,0
30 sm×30 sm-dan yuxarı
5,0-8,0
Sərfiyyat
İstifadə zamanı “Plazma” keramika yapışdırıcısının səthə çəkilmiş qalınlığından və dişli-daraqlı malanın dişlərinin ölçülərindən asılı olaraq 1 m2-ə sərf olunan quru qarışığın miqdarı (kq-la)
Plazma
keramika yapışdırıcısı
(kq)
1 mm qalınlıq üçün
quru qarışığın sərfiyyatı (kq/m2)
Qarışdırılacaq suyun miqdarı (litrlə)
25 kq üçün
Daraqlı malanın dişlərinin ölçüləri və sərfiyyatlar (kq/m2)
6 mm
8 mm
10 mm
25
1,28
6
1,94
2,46
4,12
Saxlama müddəti və qaydası
Açılmamış kisələrdə, quru şəraitdə, taxta altlıqlar üzərində maksimum 10 kisə olmaqla 12 ay saxlanıla bilər.
Xəbərdarlıqlar
- yapışdırıcının sement əsaslı və qatqılarla zəngin olduğunu nəzərə alaraq dəriyə və ya gözə düşdükdə dərhal su ilə yuyun;
- isitifadə qaydalarında qeyd edilməyən heç bir əlavə maddə qatmayın;
- yuxarıdakı göstəricilər +230C±20C temperatur və 50% + 5% rütubətli şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Şəraitdən asılı olaraq bu göstəricilər dəyişə bilər.
Evro-inşaat Zəmanət və texniki dəstək
- texniki göstəricilərdə qeyd edilmiş məlumatlar elmi və təcrübi biliklərə əsaslanır;
- “Evro-inshaat" şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır;
- şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə halları zamanı yarana biləcək problemlərə görə “Evro-inshaat" şirkəti məsuliyyət daşımır;
- şirkət elmi-texniki inkişafla bağlı məhsulda dəyişiklik etmə hüququnu özündə saxlayır;
- texniki dəstək və ya daha geniş məlumat almaq üçün “Evro-inshaat” şirkətinə müraciət edin!
Saytdakı bütün məlumatlar və şəkillər Evro İnşaat şirkətinə məxsusdur.
© 2026 - Evro-inshaat.com